YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri 

2004-cü ildən bəri davamlı olaraq qəbul edilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları bütün şəhər və rayonlarımızın davamlı və sürətli inkişafını təmin edib. Nəticədə şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu şəkildə icra edilməsinin nəticəsidir ki, şəhər, qəsəbə və kəndlərimizidə elektrik enerjisi  təchizatı yaxşılaşdırılıb, qazlaşdırma aparılıb, yol infrastrukturu inşa edilib, suvarma, içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması təmin olunub. Həmçinin regionlarımızda sosial infrastruktur layihələri də uğurla icra olunub ki, rayonlarımızın hər birində ən müasir xəstəxanalar, tibb ocaqları, təhsil müəssisələri inşa edilib. Bu gün ən ucqar dağ kəndlərinə belə yeni avtomobil yolları çəkilir, əhalinin elektrik enerjisinə, içməli suya, təbii qaza olan təlabatı təmin olunur, insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün bütün lazımi tədbirlər həyata keçirilir. Bütün bu görülən işlər regionlarımızda sahibkarlığın, kənd təsərrüfatının, turizmin və digər başqa sahələrin də inkişafına şərait yaradır. Nəticədə regionlarımız bütün istiqamətlər üzrə inkişaf edir, əhalinin güzaranı günü-gündən yaxşılaşır.

Prezident İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl rayonlarının icra hakimiyyətinin yeni başçılarının təyin olunması ilə əlaqədar qəbulda bir daha diqqəti bölgələrin dayanıqlı inkişafının  təmin olunması üçün qarşıda duran vəzifələrə yönəltdi: “Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları”.

İdarəetmədə çox ciddi islahatların aparıldığını qeyd edən Prezident bildirdi: “Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər”.

Bəli,  Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi məsələsi hər zaman diqqət mərkəzində saxlanılır, davamlı olaraq kadr islahatları aparılır.

Bu baxımdan, hər bir dövlət məmuru, o cümlədən  yeni vəzifəyə təyin edilmiş şəxslər də öz növbəsində yüksək sürətlə inkişaf edən ölkəmizin daha da güclənməsi, çiçəklənməsi üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməli, bu istiqamətdə var gücünü səfərbər etməlidir.

DİGƏR Xəbərlər Arxiv