YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Dövlətimiz şəhid ailələrinə, qazilərə, veteranlara yüksək diqqət və qayğı göstərir

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həmişə həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı şəhid olanların ailələrinə, qazilərə, veteranlara diqqət nümayiş etdirilib. Bu gün Birinci Qarabağ savaşı zamanı əlil olan şəxslərə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu, insanlara diqqətin növbəti bariz nümunəsidir. Birinci dərəcəli əlilliyi olanlara 8 800 manat, ikinci dərəcəli lilliyi olanlara 6 600, üçüncü dərəcəli əlilliyi olanlara isə 4 400 manat birdəfəlik ödəmə həyata keçiriləcək” ,- bunu açıqlamasında Milli Məclsin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bu ödənişlər həmin şəxslərin bank kartlarına köçürüləcək: “Birinci Qarabağı savaşı zamanı əlil olan, lakin sonradan əlilliyi aradan qalxmış, yaxud da vəfat etmiş şəxslərin vərəsələri də bu ödənişi alacaqlar. Göründüyü kimi, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına dövlət qayğısı mütəmadi olaraq göstərilir. Onlar birdəfəlik ödəmələrlə təmin olunur, mənzil şəraiti yaxşılaşdırılır. Qazilərimiz və veteranlarımızın sağlamlıqlarının qorunub saxlanması, səhhətlərinin yaxşılaşdırılması və ən müasir protezlərlə təmin edilməsi Azərbaycan dövlət tərəfindən təmin edilir. Onlara avtomobillər verilir, ailə üzvlərinin məşğulluq problemləri aradan qaldırılır. Bir sözlə, Azərbaycan dövləti, aidiyyəti qurumlar, nazirliklər, fondlar tərəfindən məhz bu kateqoridayan olan insanlara qayğı mütəmadi olaraq göstərilir”.