YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Şəhriyar Hacıyevin doğum günündə xatirəsi anılıb

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Natiq Nağıyev, Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, şəhid ailələri, Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, rayon Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd sakinləri Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan Hacıyev Şəhriyar Şahlar oğlunun doğum günü ilə əlaqədar Novoivanovka kəndində yerləşən məzarını ziyarət edərək, qəbri üzərinə gül dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv