YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid İsmət Məmmədovun doğum günündə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, şəhid Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, şəhid ailələri, rayon təşkilatının əməkdaşları, təhsil işçiləri, kənd sakinləri Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan Məmmədov İsmət Hikmət oğlunun doğum günü ilə əlaqədar şəhidin Sor-Sor kəndində yerləşən məzarını ziyarət edərək, qəbri üzərinə gül dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər.

Sor-Sor kənd tam orta məktəblilərinin şəhidlər haqqında hazırladıqları bədii kompozisiya dinlənilib.

Daha sonra tədbir iştirakçıları şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, bugünkü Qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi Qələbəmiz Azərbaycan xalqının nələrə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq Zəfərimizin qazanılması ilə nəticələndi.

Tədbirdə çıxış edənlər Şəhid Məmmədov İsmət Hikmət oğlunun keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən söhbət açıblar.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət  nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə İsmət Məmmədov "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medallarıı ilə təltif edilib.