YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Ülvi Məmmədovun doğum günündə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğlu, Quba rayonunun Alekseyevka kəndindən olan şəhid Məmmədov Ülvi Vüqar oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər.

Ziyarət zamanı şəhidin xatirəsi ehtiramla yad edilib, guşəsinə baxış keçirilib, ailə üzvlərinin xatirələri dinlənilib, şəhidlik zirvəsinə ucalmış övladımızın hünərləri barədə, eləcə də şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söhbət açılıb. Şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanılıb. Şəhid və qazilərimizin qələbənin təmin olunmasındakı fədakarlıqları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ən yüksək səviyyədə dəyərləndirildiyi, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirildiyi qeyd edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Ülvi Məmmədov müharibənin ilk günündən Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. O, oktyabrın 21-də Xocavənd rayonunun Zoğalbulaq kəndində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz oktyabrın 23-də Alekseyevka kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Ülvi Məmmədov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, " Cəbrayılın azad olunması görə” medalları ilə təltif edilib.