YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənc kadrlara inam və etimad mühüm perspektivlər yaradır

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

Prezident İlham Əliyevin iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etdi. Prezident yeni icra başçıları - Araz Əhmədov, Əkbər Abbasov və Elvin Paşayevə tapşırıqlarını və tövsiyələrini çatdırdı. Prezidentimiz ölkədə iqtisadi-sosial sahələrə dair mühüm mesajlar verdi və bəzi məsələlərlə əlaqədar xəbərdarlıqlar etdi.

Dövlətimizin başçısı ra­yonlarda vəziyyətin geniş təhlil olunmasının, mövcud nöqsanların aşkar edilərək aradan qaldırılmasınının vacibliyini qeyd etdi. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ic­rası nəticəsində görülən geniş abadlıq-quruculuq işlərindən, icra edilən böyük infrastruktur layihələrindən və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qaldırılmasından söz açan Prezident görülən işləri rayonların sosial-iqtisadi inkişafına çox böyük töhfə hesab etdi­yini vurğuladı.

Prezident İlham Əliyev xüsusilə yeni iş yerlərinin yaradılmasını vurğulayaraq qeyd etdi ki, icra başçılarının daim insanlarla təmasda olmalı, kəndlərə gedərək, problemlərlə maraqlanmalıdırlar. Cənab Prezident böyük qəhrəmanlıq göstərən, şəhid olan övladlarımızın ailələrinə, eyni zamanda qazilərimizə, Vətən müharibəsi iştirakçılarına son dərəcə böyük diqqət və qayğı göstərir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin problemləri həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik maşınları verilib. Bu proses davam etdirildiyini vurğulayan dövlətimizin başçısı Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələlərinin artıq yekunlaşmaq üzrə olduğunu söylədi. Prezident qeyd etdi ki, digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır.

Yeni təyin olunan icra başçılarının gənc kadrlar olması cəmiyyətdə xüsusilə rəğbətlə qarşılanan məqamlardan biridir. Ümumilikdə son təyinatlarda gənc kadrlar arasından seçilməsi, yeni nəslə etimad göstərilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının təzahürüdür. Gəncləşmə siyasəti, cənab Prezidentin gənc kadrlara inamı və onların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını tələb etməsi gəncliyin önündə mühüm perspektivlər deməkdir.