YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Təftiş Komissiyasının növbəti iclası keçirilib

İyulun 27-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib.

Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.

İclasda YAP Mərkəzi Aparatının və yerli təşkilat aparatlarının maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin aparılmasına dair Təlimat və digər cari məsələlər müzakirə olunub.

YAP Təftiş Komissiyasının üzvləri – Nizami Səfərov, Elman Nəsirov, Aydın Hüseynov, Həsən Həsənov, Musa Musayev, Naqif Həmzəyev və Məlahət İbrahimqızı gündəlikdə duran məsələlərə münasibət bildiriblər.

Gündəliyə çıxarılan məsələlərin hər biri təsdiq olunub.