YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanlı ekspert: Prezident İlham Əliyev Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verir

İyulun 25-də Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrdən olan Gənclərin Sammiti işə başlayıb. Tədbirdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndələri iştirak edirlər.

Qoşulmama Hərəkatının Bakı Sammiti dünyanın hər yerindən müxtəlif mədəniyyətlərə və təcrübəyə malik gənclərin bir yerə toplaşdığı nadir platforma oldu. Tədbirdə gənclər müxtəlif qlobal məsələlərlə bağlı maraqlı fikir və ideyaları ilə çıxış etdilər. Beləliklə, Gənclər Sammiti Qoşulmama Hərəkatına üzv ölkələrin müxtəlif guşələrindən olan ən yaxşı beyinlərin öz ideyalarını bölüşmək, real dünyanın problemlərinin həlli yollarını tapmaq üçün bir araya gətirib. Sammitin keçirilməsi onu deməyə imkan verir ki, gənclərimiz bəşəriyyətin, qlobal sülh mədəniyyətinin və davamlı inkişafın müdafiəsində dəstəklərini göstərəcəklər.

Bunu strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvab söyləyib.

Ekspert qeyd edib ki, Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyev Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verir. Prezident İlham Əliyevin dediyi kimi, Qoşulmama Hərəkatının Gənclər Sammiti üzv ölkələrin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

“Bu gün dünyada gənclərin 90 faizə yaxını Qoşulmama Hərəkatına üzv ölkələrdə yaşayır. Əvvəllər heç vaxt olmadığı kimi bir-birinə bağlı gənclər innovativ həllər təklif etməklə və sosial tərəqqiyə təkan verməklə öz ölkələrinin rifahına da töhfə verirlər. Eyni zamanda, onlar digərləri ilə yanaşı, keyfiyyətli təhsil, səhiyyə və layiqli iş axtarır, müxtəlif problemlərlə üzləşirlər. Bu da onların tam potensiallarının üzə çıxarılmasına mane olur. Gənclərin öz yollarını necə seçmələri və bu çətinlikləri dəf etmələri bəşəriyyətin tərəqqisi üçün çox vacibdir.

Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri texnologiyadan istifadə etməklə və davamlı tərəqqinin təmin edilməsində qarşılaşdıqları cari çağırışlar, bu çətinliklərlə bağlı innovativ ideyalar, baxışlar, tövsiyələr və perspektivlər təqdim etməklə Hərəkatın prinsiplərinin irəlilədilməsində mühüm rol oynaya bilərlər”, - deyə pakistanlı ekspert diqqətə çatdırıb.

Q.Nevvab vurğulayıb ki, qlobal problemlərin həlli yollarının tapılmasında gənclərin potensialından istifadə edilməsi çox gözəl təşəbbüsdür. Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüsü yüksək səviyyədə dəstəkləyir.