YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşıya qoyulan məsələlərin həllinə nail olunur

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

2022-ci ilin birinci yarımilliyi respublikamız üçün çox uğurlu, gələcək fəaliyyətimizin inkişafına təkan verəcək tarixi hadisələrlə yadda qaldı. İstər xarici, istərsə də daxili siyasətimizdə dövlət qarşısına qoyduğu məsələlərin həllinə nail oldu. Belə ki, Qoşulmama Hərəkatının sədri olaraq Bakıda Parlament Şəbəkəsinin toplantısının keçirilməsi, 120 ölkənin üzv olduğu bu təşkilatda əməkdaşlığın genişlənməsi, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılması təşəbbüsü xarici siyasətimizdə bu il qazanılan uğurlarımızın əsas səhifələrini təşkil edir. Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı hesabat dövründə bəzi beynəlxalq təşkilatlarlada əməkdaşlığa xüsusi önəm verərək, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə əlaqələrin daha da gücləndirilməsini xüsusi vurğuladı. İslam Əməkdaşlıq Təşkilatının yeni Baş Katibinin Azərbaycana gəlişi, azad edilmiş toropaqlara səfəri, Şuşaya və Füzuliyə səfəri zamanı erməni vəhşiliklərini öz gözləri ilə görməsi bir ölkə olaraq haqlı olduğumuzun əyani göstəricisi idi. Habelə Avropa İttifaqı ilə istər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində, istərsə də Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin gələcəkdə daha da gücləndirilməsi məsələləri xarici siyasətin mühüm tərkib hissəsidir.

Cari  ilin altı ayı ərzində Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atıldığını, lakin  əfsuslar olsun ki, hələlik real nəticələr olmadığını vurğulayan dövlət başçımız qeyd etdi ki, Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Müsbət məqamlardan söhbət açan Prezident İlham Əliyev qeyd etdi ki, delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilmişdir. Gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Digər müsbət hal isə yenə də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilməsidir. Ölkə başçısı çıxışında mənfi məqamların daha çox olduğunu, Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda təsbit edilən məsələlərdən, üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən hələ də boyun qaçırdığını bildirdi. O bildirdi ki, əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Dövlət  başçısı  son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başladıqlarını vurğulayaraq qeyd etdi ki, gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Prezident bildirdi ki, status haqqında  ancaq biz danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Dövlər başçısı bir daha Ermənistan rəhbərliyinə, eləcə də onların havadarlarına cox ciddi mesaj göndərmiş oldu.

Prezident İlham Əliyev çıxışında şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğıdan da xüsusi olaraq bəhs etdi. Doğrudan da, ölkədə şəhid ailələri və qazilərə yüksək diqqət və qayğı göstərilir.  İndiyə qədər  Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.

Mühüm məqamlardan biri budur ki, işğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır.

Beləliklə, müşavirədə qeyd edilən   rəqəmlər, 6 ay ərazində görülən işlər, həyata keçirilən islahatlar, hər bir sahənin inkişafında qazanılan uğurlar bir daha deməyə əsas verir ki, Prezident İlham Əliyev çox məqsədyönlü, mükəmməl daxili və xarici siyasət yürüdür.