YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bölgədə sülhün təmin olunmasında maraqlıdır

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmış oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli mövqeyi sayəsində qələbə qazanan Azərbaycan Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasında söz sahibinə çevrilmişdir.

Məlum olduğu kimi, 10 noyabr 2020-ci il imzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklər Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu o deməkdir ki, Ermənistan bölgədə sülhün bərqərar olmasında maraqlı deyil.

Prezident  İlham Əliyev cari ilin 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı bu məsələyə toxunaraq Ermənistan tərəfinə növbəti dəfə xəbərdarlıq etdi.

Azərbaycan dövləti Ermənistandan fərqli olaraq hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun siyasət aparır və bölgədə sülhün təmin olunmasında maraqlı olan bir ölkədir.

Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarından biri də Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasıdır. Ermənistan tərəfi hələ də bu öhdəliyi yerinə yetirməyib. Ermənistanın siyasi rəhbərliyinin bu qərəzli mövqeyi öz ölkəsini və xalqını uçuruma aparmaqdadır.

Bu gün Azərbaycan bölgədə, beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən bir dövlətdir.

DİGƏR Xəbərlər Arxiv