YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycanın təşəbbüsləri dəstəklənir

“Azərbaycanda həyata keçirilən müdrik və uzaqgörən xarici siyasət nəticəsində bu gün ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Dünyada hökm sürən qeyri-sabit proseslər, müharibələr fonunda Azərbaycan dünya miqyaslı tədbirlərə ev sahibliyi edir, böyük enerji layihələri həyata keçirir, dünya ölkələri ilə əməkdaşlığını daha da genişləndirir, inkişafa, sülhə və tərəqqiyə hesablanmış mühüm təşəbbüslər irəli sürür. Eyni zamanda, bu gün dünyanın tanınmış ölkələri Azərbaycanla əlaqələr qurmağa, mövcud əlaqələri daha dərinləşdirməyə və ölkəmizin həyata keçirdiyi layihələrdən bəhrələnməyə çalışır. Qeyd olunan bütün amillər ölkəmizin dünya miqyasındakı gücünün və etibarının göstəricisidir”.

Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir. Ölkəmiz üzv olduğu bütün təşkilatlarda fəal iştirak edir, önəmli təşəbbüslər irəli sürür. Azərbaycan tərəfindən irəli sürülən bütün təşəbbüslər dünya ölkələri tərəfindən təqdir edilir və dəstəklənir. Hazırda Azərbaycan dünya üzrə ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir və ölkəmizin sədrlik etdiyi müddət ərzində təşkilatın fəaliyyətində böyük və görünməmiş canlanma müşahidə olunmuşdur. Eyni zamanda təşkilata üzv olan 120 ölkənin yekdilliklə səsverməsi nəticəsində Azərbaycanın sədrlik müddəti 2023- cü ilin sonuna qədər uzadılmışdır: “Azərbaycanın pandemiya dövründə həyata keçirdiyi insanyönümlü siyasət, digər ölkələrə yardımlar etməsi, Azərbaycan Prezidentinin peyvəndlərin ədalətli bölgüsü ilə bağlı irəli sürdüyü təşəbbüslər dünya ölkələrinə böyük fayda gətirdi. Dəfələrlə dünyamiqyaslı təşkilatlar Azərbaycanın nümunəvi üzv dövlət olmasını xüsusi qeyd etmiş və səmərəli fəaliyyətinə görə ölkəmizə, ölkə başçısı cənab İlham Əliyevə təşəkkür etmişlər. Əlbəttə, bu gün Azərbaycanın dünya miqyasındakı yüksək mövqeyi, gücü və etibarı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş xarici siyasətin nəticəsidir”.