YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçu rayonunda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

YAP Sabunçu rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Sabunçu rayon təşkilatının fəal üzvləri və Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak edirdilər.

İlk olaraq tədbir iştirakçıları YAP Sabunçu rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açdı, onun respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqilliyimiz üçün mühüm iqtisadi və mənəvi potensial yaradıldığını bildirdi. Qeyd olundu ki, 1969-cu il iyul ayının 14-də Heydər Əliyevin hakimiyyətə gəlişilə Azərbaycanın inkişafında yeni mərhələ, böyük dönüş və tərəqqi başlandı. Uzaqgörən siyasətçi Heydər Əliyevin təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı Vətənə və xalqa güclü məhəbbəti ilə birləşərək öz bəhrəsini verdi.

YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov çıxış edərək bildirdi ki, xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqın xilaskarına çevrildi. Z.Cəfərov vurğuladı ki, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin əsasını qoyduğu, işləyib hazırladığı uzaqgörən siyasət bu gün onun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra çıxış edənlər - Ərazi partiya təşkilatı sədrləri Şəhla Namazova, Qənirə Əmircanova, Mehriban Məmmədova, Səbahət Ağayeva, YAP Sabunçu rayon təşkilatının fəal üzvü Namiq Muradov və digərləri Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzində gördüyü misilsiz işlərdən danışdılar.

Tədbirin sonunda YAP-ın sıralarına qatılan yeni üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olundu.