YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi "Manjerok" beynəlxalq gənclər festivalında təmsil olunub

5-10 iyul tarixlərində Rusiya Federasiyasının hakim partiyası "Vahid Rusiya"nın təşkilatçılığı ilə Altay Respublikasında “Manjerok” beynəlxalq gənclər festivalı keçirilib.

Festivalda Yeni Azərbaycan Partiyasını Gənclər Birliyinin sədr müavini, Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi Fəsli Nəbiyev təmsil edib. 

Azərbaycan, Belarus, Moldova, Tacikistan, Özbəkistan, Qazaxıstan, Monqolustan, Çin və digər ölkələrdən gənclərin bir araya gəldiyi festivalın əsas məqsədi Avrasiya ölkələrindən olan gənc liderlər arasında əlaqələr qurmaq və əməkdaşlığı inkişaf etdirmək olub. Festival çərçivəsində Rusiya Dövlət Dumasının nümayəndələrinin, ekspertlərin iştirakı ilə panel müzakirələri və debatlar təşkil olunub.