YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan humanitar missiyasını şərəflə yerinə yetirir

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri   

Azərbaycan dövləti koronavirus pandemiyası dünyanı ağuşuna alan vaxt  Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı, 5 ölkəyə peyvənd ianəsi edib. Hazırda Qoşulmama Hərəkatına üzv olan bir neçə  ölkəyə təqribən bir milyon doza peyvənd vaksini ianə edilmişdir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın qlobal fəaliyyət planı hazırlamış, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycanın pandemiyaya qarşı səylərini səfərbər etməsi istiqamətində irəli sürdüyü təşəbbüslər  Möhtərəm Prezidentimiz  İlham Əliyev cənablarının nüfuzunun dünya miqyasında yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir.

COVID-19 ilə mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınmasında BMT-nin müstəsna rolu var. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı dövlətləri ilə əməkdaşlıq və həmrəylik ruhunda  səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından uğurlu təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.

Azərbaycan COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayır. Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır.

Azərbaycan dövləti qlobal humanitar missiyasını uğurla davam etdirir. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsi ilə az inkişaf etmiş ölkələrə yardımlar edir. Bu missiya Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsidir.

DİGƏR Xəbərlər Arxiv