YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Vikipediya” təlimlərini uğurla başa vuran növbəti qrupa sertifikatlar təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”ya cəlb olunan növbəti qrupun təlimləri uğurla başa çatıb.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və “Qorqud” Vikipediya Metodik Klubunun tərəfdaşlığı ilə keçirilən təlimlərə bu dəfə Bakı Dövlət Universitetinin Filologiya və Kitabxanaçılıq-İnformasiya fakültələrinin tələbələri qoşulublar.

Təlimləri uğurla başa vuran tələbələrə, həmçinin MEK-in Elektron resurslar şöbəsinin bir qrup əməkdaşına diplomların və sertifikatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, “Qorqud” Vikipediya Metodik Klubunun sədri, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev, Elektron resurslar şöbəsinin müdiri Reyhan Əhmədova bütün dünyada insanların ilkin mənbə olaraq müraciət etdiyi “Vikipediya”nın mövqeyinin daha da möhkəmləndiyini söyləyiblər. Çıxış edənlər bu informasiya resursunda Azərbaycan haqqında materialların zənginləşdirilməsinin vacib bir məsələ olduğunu bildirib və tələbələrə bu çətin, lakin şərəfli işdə uğurlar arzulayıblar.

Qeyd edək ki, cari ilin aprel ayından başlayan təlimlərdə iştirakçılar virtual ensiklopediyada məqalələrin yaradılması, redaktə edilməsi, digər dillərdən Azərbaycan dilinə məqalələrin tərcümə edilməsi və yerləşdirilməsi istiqamətində mühüm biliklər qazanıblar. Layihə müddətində 100-ə yaxın məqalə yaradılıb və redaktə olunub.

Sonda təlimləri başa vuran iştirakçılara diplom və sertifikatlar təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv