YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Şahin Mustafayev İranın energetika naziri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyulun 6-da İran İslam Respublikasının energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasında ali səviyyəli siyasi dialoqun mövcud olduğu qeyd edilib, iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin görüşünün önəmi vurğulanıb.

Azərbaycan ilə İran arasında müxtəlif istiqamətlərdə, xüsusilə də ticarət-iqtisadi, nəqliyyat, energetika, mədəniyyət sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Mütəmadi təmasların və qarşılıqlı səfərlərin münasibətlərin inkişafında rolu yüksək qiymətləndirilib.

Söhbət zamanı energetika sahəsində səmərəli əməkdaşlığın davam etdiyi diqqətə çatdırılıb. Azərbaycan ilə İran arasında elektrik enerjisinin plana uyğun olaraq mübadilə edildiyi bildirilib, iki ölkənin elektrik sistemlərinin birləşdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Eyni zamanda, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin gedişi, habelə bölgədə yaranmış yeni reallıqlar nəzərə alınmaqla həyata keçiriləcək bir sıra yeni layihələrə dair fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.