YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb

Oğuz rayonunun Qumlaq kəndində Birinci Qarabağ müharibəsi şəhidi baş leytenant Rəhimov İntizam Əhməd oğlunun şəhadətinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.

Mərasimdə Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşkilatın əməkdaşları, Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, Qumlaq və Tayıflı kənd tam orta məktəblərinin şagird və müəllim kollektivi, şəhid ailələri, şəhidin döyüş yoldaşları iştirak ediblər.

Çıxış edənlər şəhid İntizam Rəhimovun keçdiyi şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi şücaətdən danışıblar.

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının yağı düşmənin tapdağından azad edilməsilə, həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. 

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaqlıqlarını bildiriblər.

Qeyd edək ki, ixtisasca müəllim olan İntizam Rəhimov 1992-ci il iyulun 5-i Ağdamın Naxçıvanik kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Vətən uğrunda canından keçmiş İntizam Rəhimovun adı əbədiləşdirilərək təhsil aldığı Qumlaq kənd tam orta məktəbinə və Oğuz şəhərindəki küçələrdən birinə verilib.