YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Aprelin 28-də Rusiya Federasiyasının Tomsk vilayətinin biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Rusiya biznes forumu təşkil olunacaq. Tədbir Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının təşkilatçılığı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçiriləcək. 

AZPROMO-dan  verilən məlumata görə, biznes forumda səhiyyə, enerji, İKT, mebel istehsalı və digər sahələri təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər. Forumda iqtisadi-ticari əlaqələrin inkişafı ilə bağlı geniş müzakirələr aparılacaq.