YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhid Turqut Xəlilbəylinin 29-cu doğum günü qeyd edilib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Xəlilbəyli Turqut Nadir oğlunun 29-cu doğum günü qeyd edilib.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər İkinci Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini yad edib, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzüblər.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Sonra Abşeron RİH başçısı Abdin Fərzəliyev şəhidin əvvəllər yaşadığı Masazır qəsəbəsindəki evinə gələrək ailə üzvləri ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanıb.

Şəhid Turqut Xəlilbəylinin valideynləri onlara dövlət tərəfindən göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Turqut Xəlilbəyli  ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.