Xəbərlər
Azay Quliyev: Bu gün hökumətlə QHT-lər arasında əməkdaşlıq yüksək səviyyədədir
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/52890c1661335fed739c31c9e73dfea7.jpg&w=360)
«Bu gün hökumətlə QHT-lər arasında əməkdaşlıq yüksək səviyyədədir». Bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, son illər QHT-lərin fəaliyyətində nəzərəçarpacaq irəliləyişlər müşahidə olunur. Onun sözlərinə görə, bu, dövlətin üçüncü sektora dəstəyi sayəsində baş verib.
«QHT-lər nəinki ölkəmizdə, eləcə də beynəlxalq müstəvidə də fəaliyyət göstərməkdədirlər. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar QHT-lərimizin gördüyü işlər təqdirəlayiqdir. Amma onların fəaliyyəti bizi tam qane etmir, ona görə də QHT-lər öz potensiallarından və yaradılan şəraitdən daha səmərəli istifadə etməlidirlər»-deyə, A.Quliyev vurğulayıb.