YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

İyulun 4-də Azərbaycan-Yaponiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 12-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Yaponiya tərəfini isə Yaponiyanın xarici işlər nazirinin köməkçisinin müavini, XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi, səfir Touda Şuiçi təmsil edib.

İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.

Tərəflər, həmçinin Azərbaycan ilə Yaponiya arasında energetika, alternativ enerji, iqtisadiyyat, humanitar və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında müzakirələr aparıblar.

Görüş zamanı Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarışıqlı təbriklər çatdırılıb.

Nazir müavini E.Məmmədov post-münaqişə mərhələsində bölgədə yaranmış mövcud vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, habelə bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verilib.

Görüşdə tərəflər arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv