YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər dənizi yeni layihələrin icrasına yol açmaqla əlaqələrin daha sıx tellərlə bağlılığını təmin edəcək

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir: Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurmaq, daim irəli baxaraq bu əməkdaşlığı yeni prioritetlər üzrə inkişaf etdirmək.

Azərbaycan bütün münaqişəli məsələlərin beynəlxalq hüquq çərçivəsində nizamlanmasına səy göstərir. İllərdən bəri müxtəlif səviyyələrdə aparılan danışıqların, müzakirələrin, ikitərəfli əlaqələrin inkişafının nəticəsində Xəzəryanı dövlətlər arasında ümumi rəyin yaranması 2018-ci ildə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması ilə nəticələndi. Cənab İlham Əliyevin iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında qeyd etdiyi kimi, qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir.

Azərbaycan hər zaman Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. Bügünədək keçirilən bütün Zirvə Toplantılarında Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə, regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanılmasına, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsinə öz dəyərli töhfəsini vermişdir. Xəzəryanı dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında da bu əminlik ifadə edilmişdir ki, bu Sammit Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq.

Hər bir beynəlxalq səviyyəli tədbir mahiyyəti ilə yanaşı, iştirakçı dövlətlərin qarşıya qoyduğu hədəflərin reallığa çevrilməsinə verə biləcəkləri töhfələrin də təqdimatında əhəmiyyətli rol oynayır. Keçilən yola qısa nəzə salaq.  Sovetlər Birliyi dağıldıqdan sonra Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi zərürəti meydana çıxdı. Uzun illər aparılan müzakirələr, danışıqlar  sonda öz müsbət nəticəsini verdi. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi sahilyanı ölkələr arasında inkişafın yeni mərhələsinin əsasını qoydu.

Dövlət başçısı İlham Əliyev Zirvə Toplantısındakı nitqində bir daha bu kimi məqamlara diqqəti yönəldərək bildirdi ki, çoxillik iş nəticəsində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı imzalanan Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Xəzər dənizində həyata keçirilən layihələr sahilyanı dövlətlərin inkişafına, xalqlarımızın rifahının daha da yüksəldilməsinə yönələn beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Azərbaycan təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizin iştirakçısı  olduğu və uğurlu sonluqla başa çatan hər bir layihə dövlətləri, xalqları birləşdirməklə yanaşı, onlara davamlı inkişaf, yüksək rifah gətirir.

Günümüzün əsas çağırışlarından biri də ətraf mühitin qorunmasıdır. Dövlət başçısı İlham Əliyev Zirvə Toplantısında bu məqama da xüsusi diqqət yönəltdi ki, Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub.

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı bir daha hədəflərə yüksək səviyyədə nail olmaq üçün səylərin birləşdirilməsinə çağırışlar etdi. Hər bir sahilyanı dövlət potensial imkanlarından maksimum bəhrələnərək hədəflərin reallığa çevrilməsinə səy göstərəcək. Xəzər dənizi sülh, əməkdaşlıq, mehriban qonşuluq dənizi kimi rolunu artıracaq, yeni layihələrin icrasına yol açmaqla əlaqələrin daha sıx tellərlə bağlılığını təmin edəcək. 

DİGƏR Xəbərlər Arxiv