YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstanın nüfuzlu “24 ora” qəzetində Azərbaycan haqqında məqalə dərc olunub

Macarıstanın bir sıra qəzetlərinin foto-müxbiri Adam Lazar bu ilin martında Azərbaycan səfirliyinin dəstəyi ilə Bakıda səfərdə olub.
Adam Lazarın səfər təəssüratları Macarıstanın 100 min tirajla nəşr olunan “24 ora” ("24 saat") qəzetində dərc edilib.
Aprelin 20-də Budapeştin Budakezi kitabxanasında tanınmış fotoqrafın Bakıda çəkdiyi şəkillərdən ibarət sərgi nümayiş olunub. Adam Lazar, eyni zamanda, kitabxananın oxucuları qarşısında Bakı səfərindən bəhs edən çoxsaylı slaydlar nümayiş etdirib.
Aprelin 21-də Adam Lazarın Budakezidəki Seçenyi məktəbinin müəllim və şagirdləri ilə görüşü olub. Görüşdə foto-müxbirin ölkəmiz haqqında söylədiyi fikirlər və nümayiş etdirdiyi rəngarəng slaydlar böyük maraqla qarşılanıb.
Adam Lazar, həmçinin Budapeştin Promotor TV və Buda TV kanalları ilə yayımlanan tok-şoularda Azərbaycan haqqında öz təəssüratlarını bölüşüb.
Səfirlikdə keçirilən görüşdə foto-müxbir əsas niyyətinin Bakıda keçiriləcək ilk Avropa Oyunlarını işıqlandıracaq jurnalistlər arasında yer almaq, bu böyük idman bayramının foto-salnaməçilərindən birinə çevrilmək olduğunu bildirib.

 

DİGƏR Xəbərlər Arxiv