YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycanın həyata keçirdiyi xarici siyasət modeli dünya ölkələrinə nümunədir

Dünyada hökm sürən qeyri-sabit proseslər fonunda Azərbaycan dünya ölkələri ilə yanaşı beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir, sühsevər və inkşafa hesablanan təşəbbüslər irəli sürür. Ölkəmiz tərəfindən irəli sürülən bütün təşəbbüslər hər zaman dünya miqyaslı təşkilatlar tərəfindən dəstəkləmişdir. Eyni zamanda bütün dünya miqyaslı təşkilatlar Azərbaycanın nümunəvi üzv dövlət olmasını xüsusi qeyd etmiş və səmərəli fəaliyyətinə görə dəfələrlə ölkəmizə, ölkə başçısı cənab İlham Əliyevə təşəkkür etmişlər. Ümumi olaraq Azərbaycan, həyata keçirdiyi xarici siyasətlə və irəli sürdüyü beynəlxalq təşəbbüslərlə dünya ölkələrinə nümunə olacaq model ortaya qoymuşdur. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ölkəmizin fəal əməkdaşlıq və hazırda rəhbərlik etdiyi təşkilatlardan biri də dünya üzrə ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatıdır. Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürmüşdür ki, bu müddət ərzində də təşkilatın fəaliyyətində böyük və görünməmiş canlanma müşahidə olunmuşdur:

“İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başladı. Əlbətdə belə mötəbər və dünya əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir.”

40-dan çox ölkənin parlamentinin nümayəndə heyətinin və 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin qatıldığı Bakı konfransında Ölkə başçısı, cənab Prezident İlham Əliyev çıxış etdi. Azərbaycan Prezidenti çıxışı zamanı  ölkəmizin Qoşulmama Hərəkatına üzv seçildiyi gündən bu günə qədər  irəli sürdüyü təşəbbüslər, təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətindəki fəaliyyəti ilə bağlı geniş  məlumat verdi. Məhz Azərbaycanın Qoşulmama Hərəkatındakı səmərəli və faydalı fəaliyyətinin nəticəsi olaraq təşkilata üzv dövlətlərin yekdilliklə səs verməsilə Azərbaycanın 2019-2022-ci illərdə quruma sədrlik etməsi barədə qərar qəbul olunmuşdur – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bununla yanaşı, yenidən 120 üzv ölkənin yekdilliklə səsverməsi ilə Azərbaycanın sədrlik müddəti 2023- cü ilin sonuna qədər uzadıldı: “Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik müddətinin uzadılması ölkə başçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dünya miqyasında qazandığı yüksək etimadın və nüfuzun göstəricisidir.”