YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malayziya parlamentarisi: Qlobal çağırışlar baxımından Bakı konfransının əhəmiyyəti çox böyükdür

Dünyada qlobal çağırışların olduğu vaxtda Bakı konfransının əhəmiyyəti son dərəcə böyükdür. Azərbaycan Prezidenti İlham Əliyevə bu təşəbbüsünə görə təşəkkür edirik.

Bütün beynəlxalq münaqişələr sülh yolu ilə həll edilməlidir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bu kontekstdə üzərimizə məsuliyyət qoyur.

Bu sözləri Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında iştirak edən Malayziya Nümayəndələr Palatasının sədr müavini Mohd Raşid Hasnon çıxışı zamanı deyib.

COVID-19 pandemiyasının mənfi təsirlərindən danışan Malayziya parlamentarisi dünyadakı münaqişə və müharibələrdən narahatlığını ifadə edib.

“BMT-nin davamlı inkişaf hədəflərinə çatmaq üçün Qoşulmama Hərəkatına üzv ölkələrin prinsiplərini əsas tutmalı və sadiqlik nümayiş etdirməliyik. Qarşılıqlı əlaqələr və əməkdaşlıq baxımından Parlament Şəbəkəsinin rolu çox mühümdür. Üzv dövlətlərə təsir edən münaqişə məsələləri gündəliyin əsas məsələsi olmalıdır. İnsan hüquqlarının müdafiəsinin daha yaxşı təmin olunması üçün Parlament Şəbəkəsinin fəaliyyətini dəstəkləyirik”, - deyə Mohd Raşid Hasnon qeyd edib.