YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Genişmiqyaslı bərpa-quruculuq işləri “Böyük Qayıdış”-ın başlanğıcıdır

Rafiq Əliyev      

YAP Yevlax rayon təşkilatının sədri

Müzəffər Ali Baş Komandanımız, doğma Partiyamızın Sədri cənab İlham Əliyevin ali rəhbərliyi, diplomatik məharəti və Azərbaycan Ordusunun gücü, qırılmaz əzmi nəticəsində cəmi 44 gün ərzində erməni işğalından azad olunan doğma torpaqlarımızda-Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Zəngilan rayonunda olduğu kimi digər ərazilərimizdə də ağıllı şəhər-ağıllı kənd konsepsiyalarının reallaşdırılması nəzərdə tutulmuşdur. Ağıllı texnologiyaların tətbiq edilməsi ilə həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın, ümumilikdə iqtisadiyyatın inkişafına da şərait yaradılacaqdır. Coğrafi mövqeyinə görə özünəməxsus gözəlliyi ilən seçilən doğma ərazilərimiz-Qarabağ regionunun da texnoloji innovasiya-startap mərkəzi kimi öz möhtəşəmliyini ortaya qoyacaqdır. İşğaldan azad olunan ərazilərimizdə Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq statuslu Hava limanlarının açılması təşəbbüsü işlərin dinamik şəkildə aparıldığının nümunəsidir. Ali Baş Komandanımız cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə müntəzəm olaraq səfərlər etməsi və öz çıxışlarında həm ermənilərə, həm də dünya ictimaiyyətinə xüsusi mesajlar verməsi həqiqətən də qürurverici hadisədir və bizim Qalib xalqın-Qalib nümayəndəsi olmağımızın növbəti əyani göstəricisidir.   Bildiyimiz kimi  cənab Prezident 2021-ci ildə də strateji nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edən Laçın və Kəlbəcər rayonlarına səfəri çərçivəsində Murovdağ tunelinin və digər layihələrin təməlqoyma mərasimlərində iştirak etmiş, soydaşlarımızın yaxın gələcəkdə doğma yurdlarına qayıtması və burada rahat yaşaması üçün işlərin bu formatda-dinamik şəkildə davam etməsi üçün müvafiq tapşırıqlar vermişdir.  30 illik işğala son qoyaraq,  biz işğal, vandalizm aktına son qoyduq və Kəlbəcər-Laçın istiqamətində sərhədlərimizi müəyyən edib öz doğma dədə-baba torpaqlarımızda möhkəmləndik. Doğrudan da bu tarixi çıxışlar artıq bir ənənəyə çevrilib və biz qalib xalq kimi lentə alınan o kadrlara baxdıqda sevinc göz yaşlarına hakim ola bilmirik. Həmin dövrdən ötən bir ilə yaxın müddət ərzində mühüm əhəmiyyətli bir neçə layihələr icra olunmuşdur. 2022-ci ilin İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, doğma Partiyamızın Sədri cənab İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər çərçivəsində Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə həmçinin Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub, həmçinin dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib. Ölkə Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının, Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub.

Bütün bunlar və eyni zamanda Kəlbəcərdə 5 yerdə inşa edilən elektrik stansiyaları bir daha onu göstərdi ki, Azərbaycan güclü iqtisadiyyatı-öz resursları hesabına bu kimi böyük layihələri reallaşdırır. Bir sözlə “Böyük Qayıdış” öncəsi atılan müvafiq addımlar xalqımızın maraqlarına xidmət edir. Bu gün qürurla söyləmək olar ki, dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycan öz iqtisadi inkişaf tempi ilə indi dünyanın diqqət mərkəzindədir. Beynəlxalq miqyasda iqtisadi və siyasi güc mərkəzinə çevrilən Azərbaycanın iştirakı olmadan bu gün regionda irimiqyaslı layihələri həyata keçirmək sadəcə mümkün deyildir.

DİGƏR Xəbərlər Arxiv