YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü qeyd edilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104 illiyi ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə YAP Səbail rayon təşkilatının ərazi təşkilatlarının rəhbərləri, partiya üzvləri, Qarabağ müharibəsi veteranları, rayondakı idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyevin sözlərinə görə, ikinci ildir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününü xüsusi ovqat, böyük məmnuniyyət və qürur hissi ilə qeyd edirik. Bu, ənənələri olan, haqlı olaraq Cənubi Qafqazın ən qüdrətlisi hesab olunmaqla, dünyanın ən peşəkar orduları sırasında özünə yer qazanan müzəffər Azərbaycan Ordusunun ildönümünü özündə ehtiva edən 26 iyun tarixidir.

Müasir Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi 104 illik şərəfli yol barədə geniş çıxış edən tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarov ümummilli lider Heydər Əliyevin “Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir”, - sözlərini xatırladaraq, bunu tarixdən çıxan qənaət adlandırdı, gəncliyimizin bu gün hərbçi sənətinə can atdığını da həmin qənaətlə şərtləndirib. Prezident İlham Əliyevin iki il əvvəl qazanılan həyati əhəmiyyətli Zəfər barədə dedikləri bütün fikirlərin mayasında Azərbaycan Silahlı Qüvvələrinə xalqın böyük inamının dayandığını qeyd edən Muxtar Nağıyev Ali Baş Komandanın ötən il iyunun 26-da etdiyi paylaşımı xatırlatdı: “Azərbaycan torpaqlarını işğaldan azad edən müzəffər Ordumuz öz tarixi missiyasını yerinə yetirdi”.

Tədbirin bədii hissəsində rayon ərazisində yerləşən musiqi və ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında bədii qiraət və musiqi nömrələri təqdim edilib.