YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda şəhidlərin doğum günləri qeyd olunub

Biləsuvarda Vətən müharibəsi şəhidlərinin doğum günlərində xatirələri anılıb.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon İcra Hakimiyyəti başçısı Aparatının  şöbə müdiri Zamiq Mənsimli, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəis müavini Vasif Rzayev, Dövlət Məşğulluq Agentliyinin Biləsuvar şöbəsinin müdiri Səbuhi Quliyev və təşkilatın əməkdaşı Samir Ağayev İkinci Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canlarından keçən, rayonun Günəşli  kəndindən olan şəhid Abdullazadə Teymur Faiq  oğlunun və Əsgərabad kəndindən olan şəhid Bayramov Elmin Elməddin oğlunun  ailələrini ziyarət ediblər.

Görüşdə şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilib və şəhid ailələrinin qayğıları ilə maraqlanılıb.

Şəhidlərimizin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Daha sonra şəhidlərin məzarları ziyarət olunub və ruhlarına dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən şəhid Teymur Abdullazadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə”, şəhid Elmin Bayramov isə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və  “Füzulinin  azad olunmasına görə” medalları ilə təltif ediliblər.