YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Zəfər qazanan rəşadətli ordumuz hər birimizə qürurverici anlar yaşatdı

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104 ili tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə-Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur. Lakin Xalq Cümuriyyəti süqut etdikdən sonra bu proses dayandırıldı.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Bundan sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi.  Hər birimizə məlum olduğu kimi, müstəqilliyin əvvələrində ölkəmizə rəhbərlik edənlər bu istiqamətdə də üzərlərinə düşən işin öhdəsindən gələ bilmədilər. Məhz o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı, səriştəsizliyi və xəyanəti nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu, ölkə vətəndaş qarşıdurması ilə üz-üzə qaldı, Azərbaycan müstəqilliyinin itirilməsi təhlükəsi yarandı. Belə çətin, ağır bir zamanda xalqın istəyi, arzusu, təkidlı tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə nizami ordu quruculuğu prosesini reallaşdırmaq və eyni zamanda ölkədə sabitliyə nail olmaq üçün 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandı və bununla da bu proses daha da sürətləndi.

Ümummmilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü, uğurlu siyasət nəticəsində Azərbaycanda güclü ordu formalaşdı. Bu proses xalqın yüksək etimadı ilə hakimiyyətə gələn və bütün sahələrdə Ulu öndər siyasi kursunu uğurla davam etdirən  Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbiçilərin peşəkarlığının artırılması, şəxsi heyyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, silahlı qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident cənab İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilərək, Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer aldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlıq etdiyi ordu  44 günlük Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərərək şanlı Zəfərə imza atdı və gücünü, qüdrətini düşmənə, eləcə də onların havadarlarına nümayiş etdirdi.

Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı Rəşadətli Azərbaycan ordusunun, qazandığı şanlı Qələbə Azərbaycan şanlı tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində Azərbaycan ordusunun 2900 dən çox hərbi qulluqçusunun doğma torpaqlarımızın azad edilməsi uğrunda şəhadət zirvəsinə ucalmaları isə milli qürurumuzun əbədi olaraq qürur və iftixar yerinə çevrildi. Bu şanlı qələbəni xalqımız yaşatmış rəşadətli ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən ölkə rəhbəri döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçularımızın təltif olunması ilə bağlı onlarla Sərəncam imzaladı. Prezident İlham Əliyevin müharibənin başa çatmasından qısa müddət sonra-dekabrın 9-dan 30-dək imzaladığı Sərəncamlarla ümumilikdə 82 min 670 nəfər təltif olundu. Qalib ordunun hərbiçilərinin qəhramanlıqlarının əbədiləşdirilməsi məqsədilə müxtəlif orden və medallar təsis olundu. Bütün bular Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımızın hərbi qulluqçularımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidr.

Vətən müharibəsində Zəfər qazanaraq tarix yazan vətən oğulları Müzəffər Ali Baş Komandan, yenilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında hər birimizə qürurverici anlar yaşatdılar.

Müzəffər Sərkərdəmiz İlham Əliyevin  yenilməz iradəsi və qətiyyəti, Şanlı Azərbaycan Ordusunun rəşadəti, mübariz Azərbaycan xalqının həmrəyliyi bu tarixi qələbəni şərtləndirərək “Qarabağ Azərbaycandır” şüarını əbədiləşdirdi.