YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Floridada XIII ənənəvi Türk mədəniyyəti festivalı keçirilib

ABŞ-ın Florida ştatının Hollivud şəhərində, “Young Circle” parkında XIII ənənəvi Türk mədəniyyəti festivalı keçirilib. Festivalda Azərbaycanı Töhfə Eminovanın rəhbərliyi ilə Floridanın Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası təmsil edib.
Assosiasiyanın stendində Azərbaycanın coğrafi və tarixi xəritələri, habelə ölkəmizin turizm potensialı haqqında məlumatlar təqdim olunub. Milli geyimlər geyinmiş assosiasiya və Azərbaycan icması üzvləri festivalın qonaqlarına ölkəmizin tarixindən, mədəniyyətindən, mətbəxindən danışıblar.
Ənənəvi festival Türkiyənin, Azərbaycanın və digər türk ölkələrinin mədəni sərvətlərini nümayiş etdirmək məqsədi daşıyır.