YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycanla Rusiya arasında möhkəm strateji əməkdaşlıq əlaqələri mövcuddurCeyhun Bayramov: Azərbaycanla Rusiya arasında möhkəm strateji əməkdaşlıq əlaqələri mövcuddur

Azərbaycan və Rusiya arasında münasibətlər mehriban qonşuluq və möhkəm dostluq ənənələrinə malikdir. Dostluğumuzun uzun tarixi var. Ölkələrimiz arasında bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə olunur.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 24-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.

Nazir bildirib ki, iki ölkə arasında möhkəm strateji əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında imzalanan çoxsaylı müqavilə və sazişlər arasında əsas sənəd 2017-ci ildə imzalanan dostluq və əməkdaşlıq haqqında sənəddir. Müxtəlif istiqamətlər üzrə əməkdaşlığımız davam edir. Bu gün beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdik.

Azərbaycanın xarici işlər naziri qeyd edib ki, iqtisadi əməkdaşlıq pandemiyadan sonra daha da artıb, bu isə ticari dövriyyənin artmasına səbəb olub.

Hökumətlərarası komissiyanın fəaliyyətini yüksək qiymətləndirən Ceyhun Bayramov nəqliyyat-kommunikasiya sahəsində və digər sahələrdə layihələrin uğurla davam etdirildiyini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv