YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Azərbaycan ordusunun güclənməsinin əsas səbəblərindən biri vətənpərvər insanlardan ibarət olmasıdır

“İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 104 il ötür. Ordumuz yarandığı gündən qarşıya qoyulan hədəfləri yerinə yetirib, 2020-ci ildə də ərazi bütövlüyümüzü bərpa edilib. Bu gün regionun və dünyanın ən güclü orduları sırasında Azərbaycan ordusu da var. Azərbaycan ordunu daim gücləndirmək və müasir dövrün tələblərinə cavab verməsi üçün əlindən gələni edir.

44 günlük Vətən müharibəsində zəfər çalmağımıza baxmayaraq, ordu üçün nəzərdə tutulan xərclər, hərbi büdcə azaldılmadı, əksinə daha da artırıldı. Bunun isə əbəs yerə olmadığını və qlobal məkanda baş verən münaqişələr, müharibələr fonunda anlamaq çətin deyil.”

Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda komando briqadaları yaradıb: “Türkiyə ordu modelinə bənzər ordu formalaşdırır. Azərbaycanın bu sahədə böyük irəliləyişlər əldə etməsinə sevinirik. Azərbaycanda yetişən, formalaşan gənclər də vətənpərvərdir. Hər bir Azərbaycan gənci ordu sıralarında xidmət etmə, təcrübə toplama və lazım gəldiyi təqdirdə vətən üçün canından, qanından keçmək istəyini həmişə bildirir. Yəni bu gün Azərbaycan ordusunun güclü olmasının əsas səbəblərindən biri də məhz ordu sıralarının vətənpərvər, xalqa, millətə, torpağa bağlı insanlardan ibarət olmasıdır.”

N.Həmzəyev əlavə edib ki, Azərbaycan ordusunun peşəkar hərbçilərdən ibarət formaya gətirilməsi üçün ordu tərkibində islahatlar aparılır: “Dünya təcrübəsinə əsaslanaraq Azərbaycan ordusundakı peşəkar şəxslər yaxın gələcəkdə ordu sıralarında çoxluq təşkil etmiş olacaqlar. Azərbaycan ordusunun yaradılması münasibətilə bütün xalqımızı, ordumuzun sıralarında xidmət keçmiş bütün insanları, hazırda ordu tərkibində xidmət edən zabitlərimizi, əsgərlərimizi, müddətdən artıq xidmət edən çavuşlarımızı, hər kəsi təbrik edirəm. Azərbaycan ordusunun qarşısına qoyulmuş növbəti hədəfləri də yerinə yetirəcəyinə əminəm. Biz unutmuruq ki, hər an Ali Baş Komandanın əmrini gözləyən minlərlə təxris olunmuş zabit və əsgərlərimiz var”.

DİGƏR Xəbərlər Arxiv