YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ordumuz qürurumuzdur

Tural Qasımlı

YAP Şamaxı rayon təşkilatının sədri

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqillik elan etdikdən sonra dövlət quruculuğunun mühüm istiqamətlərindən biri, milli silahlı qüvvələrin yaradılması olmuşdur. Həmin il iyunun 26-da Nazirlər Şurasının qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Bu tarixdə qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi haqqında bəyannamədə göstərilirdi ki, Azərbaycanın nizami ordusu olmalı, xarici hücumlardan müdafiə olunmaq, ekstremist qüvvələri zərərsizləşdirmək üçün silahlı qüvvələr yaradılmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.

Sovelər dönəmində Azərbyacanda hərbi mütəxəssislərin yetişməsi ənənəsinin qorunması ümummilli lider Heydər Əliyevin müstəsna xidməti sayəsində mümkün olmuşdur. 1971-ci ildə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə 2 saylı 8 illik internat məktəbinin bazasında C.Naxçıvanski adına xüsusi məktəb təşkil edilməsi bu istiqamətdə atılan çox əhəmiyyətli və ciddi addım olmuşdur. 1973-cü ildə bu məktəb respublika statusu almışdır. 1976, 1978 və 1981-ci illərdə xüsusi məktəbin təkmilləşdirilməsi ilə bağlı bir sıra sərəncamlar icra edilmişdir. 1976-cı ildən 1981-ci ilə qədər dövlət tərəfindən məktəbin fəaliyyətinin yaxşılaşdırılması üçün liseyə maliyyə və texniki yardım göstərilmişdir.

İkinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan üçün ordu quruculuğu həyati əhəmiyyətli məsələ kimi qarşıya çıxdı. Torpaqlarımızın erməni işağlına məruz qalması və işğal coğrafiyasının sürətlə genişlənməsi ölkəmiz üçün fəlakətli hal almışdı. Üstəlik daxildə baş verən hərc-mərclik, çəkişmələr, hakimiyyətdəki qüvvələrin səriştəsizliyi  ölkəni çıxılmaz vəziyyətə salmışdı. Azərbaycanın belə bir ağır durumunda ulu öndən xilaskarlıq missiyasını yerinə yetirdi. Xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə gələn xalqımızın böyük oğlu, dahi siyasətçi Heydər Əliyevin ilk diqqət yetirdiyi məsələlərdən biri  ordu quruculuğu olmuşdur.

Məhz 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.            

1997-ci ilin yanvarında Azərbaycan sülhməramlı qüvvələri yaradıldı. Həmin vaxtdan  Azərbaycan  NATO-nun  Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirak edir.

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü silahlı qüvvələri sırasındadır və regionunda liderdir.

Ümummilli liderin siyasətinin layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkə rəhbərliyinə başladığı ilk illərdən ordu quruculuğunun inkişafına xüsusi diqqəti sayəsində Azərbaycan Siahlı Qüvvələri qısa zaman kəsiyində sürətli inkişafa nail oldu və düşmən üzərində həm maddi-texniki, həm də mənəvi-psixoloji cəhətdən ciddi üstünlük qazanıldı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı şanlı qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Rəşadətli Ordumuz 44 günlük savaşda 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.

Yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnən Azərbaycan milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı da uğurla davam etdirir.

Azərbaycanda yaradılan silah sənaye kompleksləri də inkişaf mərhələsinə qədəm qoyub. Bu gün 30-dan çox ölkəyə hərbi məhsul ixrac edən Azərbyacan bu sahənin inkişafı üçün gərək olan maliyyə vəsaitini əsirgəmir. Əgər 2003-2004-cü illərdə dövlət büdcəsindən müdafiə xərclərinə 0,9 milyard manat ayrılıbsa, 2020-ci ildə bu rəqəm 3,9 milyard manat olub. 2022-ci il üçün müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacağı planlaşdırılıb. Bu, dövlətimiz tərəfindən  vətənin müdafiəsi və təhlüksəzilyinə verilən böyük önəmin göstəricisidir.