YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionda dayanaqlı sülhün, qarşılıqlı əməkdaşlığın təmin edilməsində maraqlı tərəf olduğunu sübut edir

Elçin İsmayılov

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri

Sivilizasiyalararası əməkdaşlığın mühüm platformasına çevrilən Azərbaycanda dünyanın siyasi arenasında baş verən məsələlərə təsir göstərmək imkanlarına malik olan Bakı Qlobal Forumunun IX toplantısı keçirilib.

Dünyanın 50-dən çox ölkəsinin nüfuzlu syasi xadimlərinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda qlobal təhdidlər, o cümlədən təhlükəsizliyin və sülhün təmin olunması perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq, inteqrasiya, artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması kimi mühüm məsələlər müzakirə edilib.

Forumun ilk günündə Prezident İlham Əliyev növbəti dəfə dünyanın yeni  reallıqlarına diqqət çəkib, qlobal problemlərin həlli istiqamətində görülməsi vacib olan işlərin əsas istqamətini göstərdi. Hər zaman dünyanı narahat edən mühüm məsələlərin həlli istiqamətində qlobal miqyaslı təklifləri ilə diqqət çəkən, eyni zamanda irəli sürdüyü ideyaları beynəlxalq birlik tərəfindən təqdir edilən Azərbaycan Prezidenti bəşəriyyəti narahat edən bütün təhdidlərə toxunaraq bəyan etdi ki, dünya nizamının ciddi dəyişikliyə və yeni yanaşmaların işlənib hazırlanmasına ehtiyac var.

Artıq hər kəs çox yaxşı bilir ki, Azərbaycan regionda qalib ölkə olaraq tanınır və qəbul edilir. Ancaq Ermənistan bu gerçəkliyi qəbul etmir və zaman-zaman revanşist çağırışlar edir. Təbii ki, dünya ölkələri, eləcə də nəhəng ölkələr regionda sülhün olmasını istəyirlərsə Ermənistana təsir etməlidirlər. Çünki hazırda Ermənistan regionda sülhün olmaması üçün əlindən gələni əsirgəmir.

Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur.

Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər.

Həmçinin artıq Azərbaycan donor ölkəsinə çevrilib. Ölkəmiz özü kredit ayırır. Mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfra endirilməsinə imkan verir. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir. Bütün bunlar əlbəttə ki, Azərbaycanın Qafqazda və regionda dayanaqlı sülhün, qarşılıqlı əməkdaşlığın təmin edilməsində maraqlı tərəf olduğunu sübut edir.