YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ədalətin və milli iradənin təntənəsi idi

1990-cı ilin əvvəllərində ölkəmizdə dərin böhran, xaos, nizamsızlıq hökm sürür, AXC-Müsavat iqtidarının səriştəsizliyi səbəbindən dövlət idarəçiliyində hərc-mərclik tüğyan edirdi. Vəziyyət o qədər ağır idi ki, Azərbaycan, vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi kimi təhlükələrlə üz-üzə qalmışdı. Belə bir ağır zamanda xalqımızın yeganə ümid çırağı Azərbaycan xalqının dühası Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Liderimiz Heydər Əliyev, 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  Elə həmin gün parlamentin tarixi iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasını, möhkəmləndirilməsini, inkişaf  etdirməsini  özü üçün əsas vəzifələrdən biri hesab etdiyi bildirdi. Eyni zamanda Ümumilli Lider Heydər Əliyev ömrünün  bundan sonrakı  hissəsini, harada olmağından asılı olmayaraq yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyini və bundan sonra heç zaman Azərbaycan Respublikasının  müstəqilliyini itirməyəcəyini, heç bir  başqa dövlətin əsarəti altına düşməyəcəyini qətiyyətlə vurğuladı. Parlamentin 1993-cü il 24 iyun tarixində keçirilən növbəti iclasında  Milli Məclis, Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bununla da bütün hadisələr dövlət nəzarətinə alınaraq xalqın iradəsinə tabe edildi. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində çox qısa müddət ərzində ölkəmizdə hər bir sahədə inkşaf və tərəqqi dövrü başladı. Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən dirçəliş Ümumilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: “Zaman göstərdi ki, Heydər Əliyev dühasının qeyd etdiyi bütün məsələlər reallığa çevrildi. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, güclü dövlət olaraq qalib xalq kimi tanınır. Əlbətdə bütün bunlar əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və müdrik siyasətin nəticəsidir.”