YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı “Cəfər Cabbarlı” ərazi partiya təşkilatında Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunmuş “Şuşa Bəyannaməsi: Əbədi birliyin möhürü” adlı tədbir keçirilib.

Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov, partiya fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, 2021-ci il iyunun 15-i Azərbaycan tarixində ikinci əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

Daha sonra çıxış edən Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov və “Cəfər Cabbarlı” ərazi partiya təşkilatının sədri Hürü Şirinova vurğulayıblar ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 2021-ci il iyunun 15-dən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bu da o deməkdir ki, hər iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birinin yanında olacaqlar.