YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Robert Sekuta: Bakı Forumu qlobal problemlərin həlli yollarını tapmağa öz töhfəsini verəcək

Düşünürəm ki, bu forum dünyada yaranan problemlərin həll yollarını tapmağa öz töhfəsini verəcək. Ancaq hətta beynəlxalq mütəxəssislərin sayəsində belə çətinlikləri aradan qaldırmaq asan deyil. Hər kəsin öz fikri var. Bəzən bu fikirlər bir-birilə ziddiyyət təşkil edir. Forumda yeni ideyalar irəli sürülür. İştirakçılar öz ölkələrinə dönərkən bu ideyaları tətbiq etməyə başlayır.

Bu sözləri ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Robert Sekuta deyib.

“Biz Qafqazda sülhün qorunması istiqamətində ciddi addımlar atmalıyıq. ABŞ nümayəndə heyətinin forumda iştirakı bizim səylərimizi açıqca əks etdirir. Onların Prezident İlham Əliyev və ermənistanlı həmkarı ilə apardığı danışıqlar ABŞ-ın bölgədə gedən proseslərə biganə qalmadığını göstərir”, - deyə Robert Sekuto əlavə edib.