YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xorvatiyanın sabiq prezidenti: BMT-də islahatların aparılmasına ehtiyac var

Digər forumlar kimi, bu forum da ilin nəticələrinə əsaslanır və baş verən hadisələrə dünya ictimaiyyətinin münasibətini formalaşdırmağa xidmət edir. Forumun ildən-ilə inkişafı onun nə dərəcədə əhəmiyyətli olmasını göstərir.

Bu sözləri IX Qlobal Bakı Forumunda Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç deyib.

“BMT yerli institutlara təsir edərək bölgədə sülhün yaradılmasına təkan verir. İkinci Dünya Müharibəsindən sonra yaradılan bu təşkilatın məqsədi də dünyada sülhün qorunmasına yönəlib. Ancaq indi BMT-də islahatların aparılmasına ehtiyac var. Təşkilat dövlətlər arasında yaranan münaqişələri elə həll etməlidir ki, müharibəyə vəsilə olmasın”, - deyə Stepan Mesiç bildirib.

DİGƏR Xəbərlər Arxiv