YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə Milli Qurtuluş Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı “Ümummilli lider Heydər Əliyev - Milli Qurtuluşumuzun müəllifi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyulub, Ümummilli Liderin xatirəsi ehtiramla anılıb.

Sonra Uşaq-Gənclər və İnkişaf Mərkəzinin təşkil etdiyi Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisi təqdim olunub.

Konfrans ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransı giriş sözü açan Mingəçəvir RİH başçısı İlham İsmayılov bildirib ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Sonra  YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı tarixi zərurət idi”, Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova “Ulu öndər Heydər Əliyev milli qurtuluşumuzun  sərkərdəsidir”, Uşaq-Gənclər İnkişaf  Mərkəzinin direktoru  Ədalət Quliyeva “Ümummilli lider Heydər Əliyevin 1993-cü il  15 iyun tarixindəki xilaskarlıq missiyası müasir uğurlarımızın başlanğıc səhifəsidir”, Mingəçevir Dövlət Universitetinin  baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Ruhiyyə Hüseynova “Prezident İlham Əliyevin qazandığı zəfərlər Azərbaycanın xoşbəxt gələcəyinin təminatıdır” mövzularında çıxış ediblər.

DİGƏR Xəbərlər Arxiv