YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eka Tkeşelaşvili: Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə sülhə doğru mühüm addımlar atılıb

Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə sülhə doğru mühüm addımlar atıb və Gürcüstan bu danışıqlara cəlb olunmağa hazırdır.

Bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” mövzusunda panel iclasda çıxış edən Gürcüstan sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili söyləyib.

IX Qlobal Bakı Forumunda Cənubi Qafqaz bölgəsindəki proseslərdən danışılmasının təqdirəlayiq olduğunu deyən Eka Tkeşelaşvili ötən altı ay ərzində Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini qeyd edib.

“Cənubi Qafqaz regionunda hazırda yeni reallıq mövcuddur. Bu, məhz Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə yaradılıb. Artıq ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə ticarətin həcmi artırıla, yeni nəqliyyat layihələri həyata keçirilə bilər”, - deyə Eka Tkeşelaşvili diqqətə çatdırıb.