YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şaban Kasi: “Qarabağa gedən yol” Azərbaycanın azad olunmuş ərazilərinə səfərimiz zamanı yaşadığımız hissləri əks etdirir

Media nümayəndələri, jurnalist kimi Bakıya səfər etmək, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə getmək şansımız oldu. 44 günlük müharibədən sonra Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinin indiki vəziyyəti ilə tanış olduq. Bizə yaradılan bu şansa və imkana görə, eləcə də “Qarabağa gedən yol” sənədli filinin ərsəyə gəlməsinə verdiyi töhfələrə görə Azərbaycan səfirliyinin keçmiş konsulu Vüqar Əliyevə dərin təşəkkürümü bildirirəm.

Bu fikirləri ERE televiziyasının jurnalisti Şaban Kasi Azərbaycan Mədəniyyət Mərkəzində “Qarabağa gedən yol” sənədli filminin təqdimatı zamanı deyib.

Bildirib ki, nümayiş olunan filmdə işğaldan azad olunmuş ərazilərdən olan təəssüratları, keçirilən hissləri bölüşməyə çalışılıb: “Bugünkü film yaşadığımız hisslərin, azad olunmuş ərazilərdə gördüklərimizin yalnız bir hissəsini əks etdirir. ERE televiziya kanalı vasitəsi ilə Azərbaycanla bağlı silsilə sənədli filmlər yayımlayırıq. Azad olunmuş ərazilərdəki real vəziyyəti təqdim etməyə çalışırıq. Həmçinin, bu ərazilərdə qısa müddətdə aparılan quruculuq işlərinə də heyran olduq. Füzuli aeroportu inanılmaz qısa vaxtda tikilib. Quruculuq işlərinin sürətlə davam etdiyinin şahidi olduq. Bu səfər Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, eləcə də insanları ilə yaxından tanış olmağımıza imkan yaratdı. Bu sənədli filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirik”.