YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IX Qlobal Bakı Forumu çərçivəsində “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya" mövzusunda müzakirələr aparılır

Azərbaycanın paytaxtında IX Qlobal Bakı Forumu çərçivəsində “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” mövzusunda panel iclası keçirilir.

Latviyanın sabiq Prezidenti Vladis Zatlersin moderatorluğu ilə keçirilən panel iclasında Ermənistanla Azərbaycan arasında uzunmüddətli silahlı münaqişənin və öncəki müharibələr nəticəsində tamamilə pozulmuş münasibətlərin necə bərpa edilməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində vasitəçilik prosesləri, bu münasibətlərin potensial olaraq kimlər tərəfindən pozula biləcəyi və onların cəhdlərinin minimuma endirilməsi, dünya ölkələrinin Cənubi Qafqazda sabitlik və sülhü necə təmin edə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılacaq.