YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İvo Yosipoviç: IX Qlobal Bakı Forumu dünyanı narahat edən məsələlərin həlli yollarını tapmaqda böyük rol oynayacaq

IX Qlobal Bakı Forumu fərqli siyasi görüşləri olan insanların öz fikirlərini dünyaya çatdıra biləcəyi platformadır.

Bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində təşkil olunmuş "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda keçirilən panel iclasda iştirak edən Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç deyib.

O, siyasətçilərin bir araya gələrək bu platformada bir çox məsələlərin müzakirəsini təqdirəlayiq addım hesab edib.

“Düşünürəm ki, IX Qlobal Bakı Forumu dünyanı narahat edən məsələlərin həlli yollarını tapmaqda böyük rol oynayacaq”, - deyə Xorvatiyanın sabiq Prezidenti əlavə edib.