YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

15 iyun-Şanlı Zəfərə gedən yolun başlanğıcı

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Ötən əsrin 90-ci illərinin əvvəlində Azərbaycanın yenidən öz dövlət müstəqilliyinə qovuşmaq imkanı yarandı. Lakin hakimiyyət uğrunda gedən çəkişmələr, ölkədə mövcud olan siyasi hərc-mərclik, xaricdən təhdidlər və təcavüzkar erməni silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğal olunması, nəinki yenicə qazanılan dövlət müstəqilliyini, hətta Azərbaycanı bir dövlət kimi yox olması təhlükəsi ilə üz-üzə qoymuşdu.

Son anda Azərbaycan xalqı müdriklik nümayiş etdirərək üzünü öz xilaskarına - Ulu öndər Heydər Əliyevə tutdu. Ümummilli Lider xalqın bu çağrışına biganə qalmadı. Yenidən respublika rəhbərliyinə qayıdaraq: “Mən ömrümün  qalan hissəsini də xalqıma bağışlayıram” - deyə, bəyan etdi.

1990-1993-cü illər xalqımızın yaddaşına hərc-mərclik dövrü, ağrılı, acılı günlər kimi yazıldı. Heç bir idarəçilik bacarığı olmayan o vaxtki hakimiyyət ölkəni dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Uğursuz Qarabağ müharibəsi, hakimiyyət uğrunda mübarizə və ölkədəki  siyasi hərc-mərclik Azərbaycanı  qanlı burulğanın içərisinə salmışdı. Azərbaycan adlı dövlət xəritədən silinmək üzrə idi. Belə bir ağır şəraitdə, “olum-ölüm” savaşında Ulu Öndər Heydər Əliyev Naxçıvandan bütün Azərbaycanın qurtuluş mücadiləsinə başladı. Ulu Öndər  Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik yaratmaqla, ölkəmizi ağır böhrandan, vətəndaş müharibəsi və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etdi. Beləliklə, 15 iyun 1993-cü il Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu.

Ulu  Öndər  Heydər Əliyevin Azərbaycan xalqı və dövləti  qarşısındaki  xidmətləri  saysız-hesabsızdır. Ümummilli Liderin 1993-2003-cü illərdə  Azərbaycanda gördüyü  işlər rəhbərliyinin  birinci dövründəki  işlərinin  davamı  kimi  qiymətləndirilir. Ulu Öndər Azərbaycanı daim  tərəqqi və inkişaf yolu il apardı və xalqın rifahının durmadan yüksəlməsini təmin etdi. Müstəqil yürüdülən siyasətlə, ölkəmizə qazandırılan uğur və nailiyyətlərlə xalqın  istəklərini gerçəkləşdirdi.

Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərliyinin birinci və ikinci dönəmlərində Azərbaycana böyük nailiyyətlər qazandırıb. İlk növbədə Azərbaycanın sosial-iqtisadi sahəsinə diqqət yetirən Ulu Öndər ölkənin sosial-iqtisadi inkişafına neft sektorundan başladı. Bu, Ulu  Öndərin  yeni yaratdığı neft strategiyası idi. O, bu strategiyanı həqiqətə çevirdi. Ulu Öndər Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin çəkilişini reallığa çevirdi.

Ulu  Öndər  Heydər  Əliyevin  siyasi iradəsi  ilə  1994-cü ilin  sentyabrında  Azərbaycanla dünyanın nüfuzlu neft şirkətləri arasında “Əsrin  müqaviləsi” nin imzalanması, 1995-ci  ilin  noyabrında  ilk  Konstitusiyasının  qəbul  edilməsi, 1998-ci  ildə  ölüm hökmünün  ləğv  edilməsi, ölkədə aqrar  islahatların  aparılması, 2001 ci  ilin  yanvarında  Müstəqil  respublikamızın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi Müstəqil Azərbaycanın tarixində olduqca böyük əhəmiyyətə malik hadisələrdəndir. Ulu Öndər Heydər Əliyev Azərbaycanı və öz doğma xalqını uçurumların üzərindən böyük müdrikliklə, incə və çevik siyasətlə bu günlərə çatdırdı.

Bu gün  Ulu  Öndər  Heydər Əliyevin siyasi kursu onun  layiqli  davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız yeni-yeni uğurlar qazanmış, sürətli inkişaf dinamikasını yaşayaraq regionun lider dövlətinə çevrilmişdir. Tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Zəfərimiz isə mahiyyət etibarilə Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və yüksək peşəkarlıqla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir. Tam əminliklə söyləmək olar ki, günü-gündən  inkişafda olan, yüksək zirvələri fəth etmiş bugünkü müasir, müstəqil Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır.