YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi Azərbaycanda aparılan sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Yerlan Baidaulet ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədbirdə ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsinin Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir.

Görüşdə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında fəal rol oynadığı diqqətə çatdırılıb, ölkəmizin Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına üzvlüyü, həmçinin Təşkilatın 10 illik strategiyası, Ərzaq Təhlükəsizliyi Deklarasiyası və “Grain Fund” (taxıl fondu) barədə fikir mübadiləsi aparılıb.