YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevda Məmmədəliyeva: Səksəndən çox dini abidəmiz düşmən tərəfindən vandalizmə məruz qalıb

Otuz il Ermənistan tərəfindən işğalda saxlanılan ərazilərimizdə 800-ə yaxın tarixi, dini, mədəni, sənaye və digər obyektlər vardır. Onlar ermənilər tərəfindən dağıdılıb və ya mənimsənilməsi barədə ciddi faktlar vardır.

Bu fikriləri ADA Universitetində təşkil olunan “Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masada mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva deyib.

"30 il müddətində 700-dən çox obyekt, həmçinin 80-dən çox məscid, eyni zamanda, kilsə, tarixi abidələr düşmən tərəfindən vandalizmə məruz qalıb. Ağdam, Füzuli, Cəbrayıl tamamilə dağıdılıb", - deyə nazir müavini vurğulayıb.

Sevda Məmmədəliyeva cari ildə Şuşada keçirilən tədbirlər haqqında da danışıb. Şuşanın Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.