YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı, Lerik Rayon İcra Hakimiyyəti və Lerik Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayonu üzrə nümayəndəliyinin rəhbəri Veysəl Məlikov, Lerik Rayon Gənclər və İdman İdarəsinin sədri Natiq İsaqov, Lerik Dövlət Rəsm Qalereyasının rəhbəri, şəhid atası Mükafat Yaqubov iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb.

Tədbir Ulu Öndərin və Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyətindən və ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas edib, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.

Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov 1993-cü ilin iyununda xalqın təkidli və israrlı tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin sonsuz Vətən sevgisi, zəngin dövlətçilik təcrübəsi, qətiyyətli iradəsi ilə misilsiz xilaskarlıq missiyasından bəhs edib.

Lerik Rayon Gənclər və İdman İdarəsinin sədri Natiq İsaqov, Lerik Dövlət Rəsm Qalereyasının rəhbəri, şəhid atası Mükafat Yaqubov da Milli Qurtuluş Gününün əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.

Daha sonra Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Sonda YAP-a yeni qəbul olunan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.