YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə arasındakı qardaşlığın, birliyin dünyaya nümayişidir

Azərbaycan-Türkiyə münasibətlərinin ali səviyyəsini özündə əks etdirən Şuşa Bəyannaməsi, ölkələrimiz arasındakı qardaşlığın, birliyin dünyaya nümayişidir. Azərbaycan-Türkiyə münasibətləri hər bir sahə üzrə dinamik şəkildə inkşaf edərək ən ali səviyyəyə müttəfiqlik səviyyəsinə çatmışdır. İki ölkə arasındakı münasibətlərin inkşaf etməsi və ali səviyyəyə çatması Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin və Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi uğurlu və müdrik siyasətin nəticəsidir. Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Türkiyə əlaqələri tarixi dostluq, səmimi münasibətlərə əsaslanır: “Tarix boyu bu iki qardaş ölkə hər zaman bir-birinin yanında olmuş, bir-birinə dəstək göstərmişdir. Şuşa Bəyannaməsində xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları əks olunmuşdur.”

Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin bütün sahalər üzrə davamlı inkişafının təmini olmaqla yanaşı, iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası oldu. Bəyannamə digər sahələrdə olduğu kimi iqtisadi və hərbi sahədə əməkdaşlıq baxımından da böyük prespektivlərə malikdir. İkinci Qarabağ müharibəsinin başladığı ilk andan  etibarən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın  tək olmadığını, birmənalı və açıq şəkildə Azərbaycana öz dəstəyini ifadə etdi- deyən Sədaqət Vəliyeva əlavə edib ki, Türkiyənin bu mesajı müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı:

“Azərbaycan-Türkiyə birliyini göz bəbəyi kimi qorumalı gələcək nəsillərə ötürməliyik! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Uca Tanrı birliyimizi qorusun!”