YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyənnaməsi Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin nümunəsidir

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

2021-ci il iyunun 15-də  28 il  sonra azan səsinin eşildiyi  Qarabağın tacı olan  Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak ilə iki ölkə arasında Bəyannamə imzalandı. Bu sənəd Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir daha dünyaya bəyan etdi. Dövlət başçıları bu tarixi sənədi münasibətlərin yeni mərhələsi üçün yol xəritəsi kimi qiymətləndirdilər. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Azərbaycan və Türkiyə Prezidentləri  mətbuata birgə bəyanatlarla çıxış etdilər. Bu, mətbuata yox, əslində, dünyaya verilən bəyanat idi. Belə ki, Azərbaycan-Türkiyə qardaşlığının Şuşa zirvəsindən verilən mesajları hər kəs eşitdi. Eyni zamanda Azərbaycan və Türkiyə Prezidentləri arasındakı səmimi münasibətlər xalqlarımız üçün eləcədə,  dünya dövlətləri  üçün gözəl bir  nümunədir.

Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər Şuşa Bəyənnaməsi sayəsində rəsmən müttəfiqlik zirvəsinə ucaldı. İki qardaş ölkə arasındakı əlaqələrin belə sürətlə  inkişafı eyni zamanda regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. İki ölkə arasında ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə olan əlaqələrə dünyada rast gəlmək mümkün deyil.

Şuşa Bəyannaməsində eyni zamanda müdafiə sahəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlıq və hərbi yardım məsələləri öz əksini tapıb. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi ilə yanaşı, regionda sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tarixi nailiyyət bir daha onu göstərir ki, biz hər zaman bir yerdə olacağıq və bir birimizin təhlükəsizliyini təmin edəcəyik. Bu günə qədər necə ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaqdır.

44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstəyi bütün dünya gördü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk dəqiqələrindən ölkəmizin haqq işinə öz dəstəyini verdi.Türkiyə dövləti Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını əldə rəhbər tutaraq bütün qurum və təşkilatları ilə birlikdə Azərbaycanın yanında oldu. Bu birlik  gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqət olduğunu dünyaya sübut etdi.

Qazanılmış Zəfərdən sonra da qardaş Türkiyə dövləti Azərbaycana dəstəyini davam etdirdi. Belə ki, Möhtərəm Prezident cənab  İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərində qardaş Türkiyə dövləti də yaxından iştirak edir. Bu bir daha Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirir.

Yaşasın əbədi olan Azərbaycan Türkiyə dostluğu və qardaşlığı.