YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabulda “Milli Qurtuluşdan tarixi Zəfərə” adlı konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan tarixi Zəfərə” adlı konfrans keçirilib.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Elnur Əmiraslanov 15 İyun - Milli Qurtuluş Gününün tarixdəki yerindən danışıb. Bildirilib ki, dünyada yaşayan azərbaycanlılar artıq ikinci ildir Milli Qurtuluş Gününü qalib xalqın qalib övladları kimi qeyd edirlər. Çünki Ulu Öndərin müqəddəs arzuları Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilib. 30 il işğal altında qalan torpaqlarımız yağı düşməndən azad olunub.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək, Milli Qurtuluş Gününün tariximizdə böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtmasının xalqımızın çoxəsrlik tarixinə taleyüklü siyasi hadisə kimi daxil olduğu diqqətə çatdırılıb.

Həmçinin Vətən müharibəsindəki tarixi zəfərin əsasında, güclü, qüdrətli Qalib Azərbaycanın siyasi, iqtisadi, mədəni, hərbi sahədə inkişafının və tərəqqisinin təməlində Heydər Əliyev siyasi irsinin, bu irsin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin və xalq-iqtidar birliyinin dayandığı bildirilib.

Tədbirdə Hacıqabul Rayon İcra hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, şəhər 2 saylı məktəbin direktoru Şölə İbrahimova və şəhər 7 saylı məktəbin direktor müavini Xəyalə Əfəndiyeva Milli Qurtuluş Günü haqqında çıxış ediblər.

Sonda YAP Hacıqabul rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş bir qrup partiya fəalına fəxri fərmanlar və Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.